Lyrics A-Z:  0-9  A  B  C  D  E  F  G  H  I  J  K  L  M  N  O  P  Q  R  S  T  U  V  W  X  Y  Z   OST
Тексты А-Я:  А  Б  В  Г  Д  Е  Ё  Ж  З  И  Й  К  Л  М  Н  О  П  Р  С  Т  У  Ф  Х  Ц  Ч  Ш  Щ  Э  Ю  Я
Исполнитель: H.O.S.T
Название песни: Etiraf otagi
Текст песни добавил: MaxTyT
3408 просмотров с 2009-02-21 11:13:13
»» В избранное (Необходима регистрация)
Экспортировать:
Скачать текст песни в txt

H.O.S.T - Etiraf otagi текст песни, lyrics

Məni bağışla, padre...qaranlıq altar 
Pərdə arxasından etiraflarımı dinlə 
Müqəddəs ata, bu kilsədə ilk və son dəfə 
Danışacam içimə bağlı gizli, böyük sirrlərimi 

20 ilimi geridə qoydum göz qırpımında 
İncə uşaq, sərt qalaya döndü 
Dirək axtarırdım, başqalarına dirək oldum 
Məcbur oldum, həyat oyunu çox cığaldır 
Saçıma çəkilən hər sığalda anamı tapdım 
özümə rəfiqə seçdim...Günlər keçdi beləcə 
Arzularda velosiped də qaldı, yox idi onda imkan 
Çox dalaşdı atam anamla 
Qapının önünü mən pusurdum 
O vaxtdan yarandı vərdiş, hamı danışır 
Mən susurdum..... 
"Uşağı həkimə göstərin, bəlkə sinirləridir xəstə?" 
Hamı əllərində çiçəklərlə gəzir dəstə-dəstə 
"Qaraqan ağlayır qıraqda...." 
"Qaraqan dərd çekir..." 
"Təzəcə başlamış bu uşaq həyata necə də xətt çəkir..." 
"Nəyə görə hamı oynayanda oturur arxada?" 
"Nəyə görə məktəb, ali-məktəb arxa partada?" 
"Nəyə görə "sevgi" sözünü eşidən anda gözü qaçır?" 
"Neye görə qanıqara?..." 
Hamı eyni mövzu, eyni suallarla 
Bezdirəndə qaçıb, dəniz sahilində 
Dizimi qucaqlardım, indi həmin günlər uzaqlarda 
Uzaqlarda nargin, yanır-sönür mayak 
1 az sakitləş...nəfəsi saxla...10a qədər sayaq 
1...2...3....... 

Məni bağışla, padre...qaranlıq altar 
Pərdə arxasından etiraflarımı dinlə 
Müqəddəs ata, bu kilsədə ilk və son dəfə 
Danışacam içimə bağlı gizli, böyük sirrlərimi 


Deyirlər "Pul deyil əsas, onunla xoşbəxt olmaz" 
Deyirlər "İnsan elə bir varlıq, heç vaxt gözlər doymaz" 
Deyirlər "Sevgi olan yerdə, Qürur xəstəlikdir" 
İçimə doldu payız xəzanı yenə də yaşadım arzularda 
Üstəlik mənim də gizli hisslərim gizlənib 
Neçə bina damından ulduzlara baxıb, gözlədim 
İstədim sevgilim olsun mənimlə eyni düşüncələrə sahib 
Yarı sözdən anlayaq bir-birimizi 
Çox ürək də qırıb, getdim 
Göz yaşları töküldü....-səbəbi mən 
Hərdən oluram əsəbi mən, hərdən içimə qapanıram 
Hərdən intihar arzuları biləkdə iz qoyur... 
Hərdən Allahın qarşısında QaraQan diz çökür 
Və Sanki xeyri yoxdur dualar da 
Sanki, boşdur həyat filmi 
Maraqsızdır...bu nə bəladır? Bu nə cür işdir? 
Uşaqlıqdan arzum olub rəssam olum 
Amma bu gün rəssam olmaq istəyən acından ölür 
Xaraba dünya...Dərəyə yıxılan araba dünya 
Qəribə dünya..burda Hamı quldur, təkcə Xəlifə dünya... 
Əlinə, dünya, düşmüşəm oyuncaq kimi 
Mən kəpənək, sən hörümçək kimi 
Toruna bağlı, ürəyi dağlı... 

Məni bağışla, padre...qaranlıq altar 
Pərdə arxasından etiraflarımı dinlə 
Müqəddəs ata, bu kilsədə ilk və son dəfə 
Danışacam içimə bağlı gizli, böyük sirrlərimi 

Hələ də hıçqırıqlar içimi doldurub, 
"Nəyə görə gəlmişəm bu həyata?" 
Qəribə suallar...divar tək əhatəmdə 
Xasiyyətimdə sentemental doludur kompleks 
Gücüm zəifliyimi danmamaqda 
Qapını üzümə bağlamaqda peshəkar olan 
Doğmalar var...məni sevənləri incidirəm 
Sevməyənlərin acığını onlardan çıxıb, 
İnsanam, mən də öz səhvlərimlə 
Həyata tozlu pəncərədən baxıb, 
Günbəgün və günbəgün bezib, 
Eyni mənzərədən qaçıram ölümə doğru 
2007 addım atmışam, yəqin az qalıb 
Naşükürəm, bəlkə hər nə olsa, yenə də az gəlir 
Əbədi qışdayam amma inanıramki, YAZ GƏLİR......

Нашли ошибку в тексте песни Etiraf otagi? Если вы зарегистрированы, исправьте текст, только вместе мы сделаем слова песен точными!

Скачать другие бесплатные тексты песен от H.O.S.T: